14 779 vergi ödəyicisi fəaliyyətini dayandırıb
Dekabrın 1-i üçün Azərbaycanda 533 093 vergi ödəyicisi qeydiyyata alınıb. Bu, ötən ilin eyni dövründəkindən 11,8% çoxdur, deyə Vergilər Nazirliyində Turan-a bildiriblər.
Bu ilin 11 ayında 66 162 kommersiya hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxs qeydiyyata alınıb. İlin əvvəli üçün vergi ödəyicilərinin sayı haqda rəqəmdən görünür ki, 14 779 vergi ödəyicisi fəaliyyətini dayandırıb.
Ötən illə müqayisədə vergi ödəyicilərinin qeydiyyatı tempi də azalıb. 2012-ci ilin 11 ayında ölkədə 72 263 vergi subyekti qeydiyyata alınıb. 08D
-
- Siyasət
- 17 Dekabr 2013 13:19
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz