18-20 noyabrda parlament 2015-ci ilin dövlət büdcəsini təsdiq edəcək
18-20 noyabrda Milli Məclis 2015-ci ilin dövlət büdcəsini təsdiq edəcək. Parlament komitələri hökumətin planlarını təsdiq edib.
Maliyyə Nazirliyinin məlumatında deyilir ki, dövlət büdcəsinin gəlirləri 19 mlrd 438 mln manat, xərclər 21 mlrd 100 mln manat, büdcə kəsiri 1 mlrd 662 mln manat və ya ÜDM-in 2,8%-i proqnozlaşdırılıb.
Gəlirlərin 10 mlrd 388 mln manatı ARDNF-nin, 7 mlrd 112 mln manat Vergilər Nazirliyinin, 1 mlrd 590 mln manat Gömrük Komitəsinin öhdəsinə düşür.
2015-ci ildə sosial xərclər 5 mlrd 826 mln manat və ya 27,6% olacaq. Ümumi dövlət xərcləri 2 mlrd 46,5 mln manat, müdafiə xərcləri 1 mlrd 778,5 mln manat təşkil edəcək. Təhsilə 1 mlrd 711,2 mln manat, sosial müdafiə və təminata 2 mlrd 40,5 mln manat, səhiyyəyə 777,7 mln manat ayrılacaq.
Dövlət kapital xərcləri 6 mlrd 930 mln manat, dövlət borcuna xidmət 703 mln manat olacaq.
Büdcədə neftin barreli $90 hesablanıb. Bu il dövlət büdcəsinin gəlirləri 18 mlrd 384 mln manat, xərcləri 20 mlrd 63 mln manat, kəsir 1 mlrd 679 mln manat və ya ÜDM-in 2,87%-i proqnozlaşdırılıb. --17D—
-
- İqtisadiyyat
- 11 Noyabr 2014 13:41
-
- Cəmiyyət
- 11 Noyabr 2014 14:04
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz