200-dən çox türk yük avtomobili yola salınıb
Dekabrın 1-dən 14-dək Bakı-Aktau marşrutu ilə 200-dən çox yük avtomobili yola salınıb. B Bakı Beynəlxalq Dəniz Ticarət Limanında Qazaxıstan isttiqamətində hərəkət edəcək 200-dək yük maşını gözləyir, deyə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də Turan-a bildiriblər.
AXDG-nin mətbuat xidmətində qeyd ediblər ki, Xəzər dənizində başlayan güclü külək nəticəsində bərələrin hərəkətində problemlər yaranıb və 6-9 dekabr tarixlərində Aktau Limanına gedən tırların bərələrə yüklənməsində gözləmələr baş vermişdir. Bununla yanaşı, Aktau limanında bərə-gəmilər üçün yalnız bir yanalma körpüsünün olması və bu körpünün qasırğa və hündür dalğalardan qorunmaması vəziyyəti bir qədər də çətinləşdirib.
Tərtib edilən plana əsasən, bərələr Bakıdan Aktauya həftədə iki dəfə (çərşənbə və cümə) yola düşür. Amma artan tələbat nəzərə alınaraq əlavə reyslər həyata kçeirilir. 08B
-
- İqtisadiyyat
- 14 Dekabr 2015 13:35
-
- İqtisadiyyat
- 14 Dekabr 2015 13:40
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz