2012-ci ildə hökumətin korrektə etdiyi proqnozu icra etmək mümkün olmayacaq
Bu ilin on ayında Azərbaycanda neft hasilatı 36 mln ton olub. Bu, ötən ilin eyni dövründəkindən 7,7% azdır, deyə Dövlətstatkom bildirir.
Məlumata əsasən, hesabat dövründə ölkədə 14,4 mlrd m3 əmtəəlik qaz (2011-ci ilin yanvar-oktyabrında qaz hasilatı verilən zaman əmtəəlik qazın yox, cəmi hasil edilən qazın miqdarı verilib - 21,6 mlrd m3) çıxarılıb.
Dövlətstatkom bildirir ki, bu ilin on ayında neft sektorunda sənaye istehsalı 5,9% azalıb, qeyri-neft sektorunda isə 6,8% artıb.
Neft Araşdırmaları Mərkəzinin ekspertləri Dövlətstatkomun bu məlumatlarının analiz edərək bu nəticəyə gəlib ki, 2012-ci ilin oktyabrında hökumətin korrektə etdiyi, bu il 42,9 mln ton neft hasilatı barədə proqnoz şübhəlidir. Aylar üzrə hasilat dinamikasının təhlili göstərir ki, bu nətcələri əldə etmək mümkün deyil, çünki hasilatda azalma tempi artır.
Mərkəz hesab edir ki, bu il Azərbaycanda neft və kondensat istehsalı 42,5-42,7 mln ton olacaq. 2011-ci ildə bu göstərici 45,6 mln, 2010-cu ildə 50,8 mln olub. --12А--
-
- İqtisadiyyat
- 19 Noyabr 2012 12:38
-
- Video
- 19 Noyabr 2012 13:06
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz