ВР AÇG-də hasilat üzrə ətraflı icmal hazırlayıb
ARDNŞ ilə müzakirələri davam etdirən BP “Azəri-Çıraq-Günəşli” yatağında məhsuldarlığın müfəssəl icmalını hazırlayıb. Bu barədə BP-Azerbaijan şirkətinin press-relizində bildirilir.
"İcmalda məqsəd 2013-cü ildə AÇG blokundan məhsul tədarükü planının təhlili və texniki problemlərə reaksiya imkanlarının aşkarlanmasıdır", - deyə məlumatda bildirilir.
İcmal BP-nin layların geologiyası üzrə şöbəsinin rəhbəri Yan Kavananın rəhbərliyi altında mütəxəssislər tərəfindən hazırlanıb. "Diqqəti 2013-cü və sonrakı illərdə neft hasilatının əsaslandırmaq üçün vacib məsələlərə cəmləmişik. Plan hazırlayıb lay təzyiqini, hasilatın azalmasını idarə etmək, sistemin optimallaşdırılması, quma nəzarət üzrə dünya təcrübəsinə çıxış üçün hərəkətləri uzlaşdırdıq ", - deyə Kavana bildirib.
BP-nin məlumatına görə, BP-nin layların geologiyası üzrə 12 ekspertdən ibarət nümayəndə heyəti Bakıya gələcək. Məqsəd AÇG-də neft hasilatındakı çətinlikləri həll etməkdir.
AÇG kontrakt meydançasında azalma 2010-cu ilin II yarısında başlayıb: 2010-cu ildə burda 40,6 mln ton, 2011-ci ildə 35,4 mln ton, bu il 32,5 mln ton neft çıxarılıb.
Xatırladaq ki, 11 oktyabr 2012-ci ildə hökumətin iclasında prezident İlham Əliyev AÇG-də hasilatın azalması ilə bağlı BP-ni kəskin tənqid edib və operator kimi problemləri həll etməyi tələb edib. --12D—
-
- İqtisadiyyat
- 19 Noyabr 2012 12:28
-
- İqtisadiyyat
- 19 Noyabr 2012 12:55
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz