Sabah Azərbaycan parlamenti Türkiyə ilə qaz sazişini təsdiq edəcək
Sabah Milli Məclisin gündəliyində qazla bağlı iki məsələ var. Bu barədə MM-in saytı məlumat verir.
Belə ki, deputatlar Bakı ilə Ankaranın qaz sahəsində əməkdaşlığı üzrə iki hökumətlərarası sənədi müzakirə edərək qəbul edəcəklər.
Birinci sənədi Azərbaycan və Türkiyə hökumətləri 25 oktyabr 2011-ci ildə İzmirdə imzalayıblar və o, qonşu ölkəyə qaz satışı, eləcə də onun ərazisindən qaz tranzitini nəzərdə tutur.
26 iyun 2012-ci ildə İstanbulda imzalanan ikinci sənədə əsasən, Azərbaycan qazının Türkiyə ərazisində tranziti üçün Transanadolu qaz kəməri tikiləcək.
Qeyd edək ki, hə riki sənədi 6 noyabrda MM-in energetika, təbii ehtiyatlar və ekologiya komitəsi qəbul edib.
Xatırladaq ki, Türkiyə parlamenti bu sənədləri təsdiqləyib. --12В—
-
- Söz istəyirəm
- 19 Noyabr 2012 12:14
-
- İqtisadiyyat
- 19 Noyabr 2012 12:38
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz