- İqtisadiyyat
- 2 Dekabr 2013, 12:05
- 187
2014-cü ildə ARDNF-nin büdcəsi kəsirsiz olacaq
Ötən cümə Neft Fondunun Müşahidə Şurasının növbəti iclasında Fondun 2014-cü il üçün büdcəsi ölkə prezidentinin təsdiqinə təqdim edilib.
ARDNF mətbuat xidmətinin məlumatına görə, iclasda Müşahidə Şurasının sədri Artur Rasizadənin sədrliyi ilə keçirilən iclasda Neft Fondunun vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (investisiya siyasəti daxil olmaqla) və Neft Fondunun idarə edilməsi ilə bağlı illik xərclər smetasının layihələri məqbul hesab edilərək təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması tövsiyə edilib.
Fondun büdcə layihəsində büdcə gəlirləri 11 626 943,4 min manat, xərcləri 11 349 934,8 min manat, o cümlədən Fondun idarə edilməsi ilə bağlı xərcləri 58 140,0 min manat məbləğində müəyyən edilib.
1 oktyabr 2013-cü il üçün Neft Fondunun aktivləri 35 809,2 mln dollar olub. –12В--
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz