2014-cü ildə Azərbaycana 2,3 milyon xarici turist gəlib
2014-cü ildə Azərbaycana 2,3 mln. xarici turist gəlib. Bu barədə Turan-a Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin rəisi Aydın İsmiyev bildirib.
İki aydan sonra Bakıda birinci Avropa Oyunları keçiriləcək. Nazirliyin nümayəndəsinin sözlərinə görə, Bakıda yerləşmə yerləri (12 min nömrə) yarışları izləməkdən ötrü xaricdən gələcək qonaqlar üçün yetərlidir. Lakin həmin günlərdə (12-28 iyun) Bakıya gələcək xarici turistlərin dəqiq sayı hələlik məlum deyil.
Azərbaycanda turizm xidmətlərinin qiymətinə toxunan A.İsmiyev deyib ki, onlar münasibdir, turistlərə göstərilən xidmətlərin keyfiyyəti isə hər il artır.
Onun sözlərinə görə, Mədəniyyət və Turim Nazirliyi “Turizm haqqında” yeni qanun layihəsini hazırlayıb. Bu, xidmətlərin keyfiyyətinin artırılmasına yönəlib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2013-cü ildə Azərbaycana 2,5 mln. əcnəbi gəlib ki, bunun da 85% (2 mln. 129,5 min) turizm məqsədilə gəlib.
Azərbaycan Mərkəzi Bankının 2014-cü il üçün açıqlanmış ödəmə balansına görə, ötən il Azərbaycanda xarici turistlər $2,4 mlrd. xərcləyiblər. Bizim vətəndaşlar xaricdə istirahət və əyləncəyə $3 mlrd. sərf ediblər. Bir turist Azərbaycanda orta hesabla $700 xərcləyir.08B
-
- İqtisadiyyat
- 1 Aprel 2015 15:14
-
- Cəmiyyət
- 1 Aprel 2015 15:34
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz