CaspianDevelopmentBank aktivlərin keyfiyyətini xeyli yaxşılaşdırıb
CaspianDevelopmentBank ASC-nin aktivləri ötən il ərzində 3,37 dəfə artaraq, 50 mln. 893,97 min manat təşkil edib.
Bu qurumun saytında yer alan maliyyə hesabatındakı məlumata görə, yanvarın 1-nə CDB-nin pul vəsaiti 38 mln. 314,82 min manat (artım 141,5 dəfə), qiymətli kağızlarla aktivlər - 12 mln. 256,521 min manat (-10,8%) təşkil edib.
Bankın öhdəlikləri 352,72 min manata (səviyyə yeddi dəfə düşüb) bərabər olub. Bankın kapitalı 50 mln. 541,25 min manat (artım 4 dəfə), nizamnamə kapitalı 50,02 mln. manat (artım 4,16 dəfə) təşkil edib.
Caspian Development Bank ASC (əvvəllər Kövsər Bank) 1988-ci ildə yaradılıb. 2014-cü ilin dekabr ayında bankın səhmdarları tərkibində dəyişiklik baş verib, yanvarda bank adını da dəyişib. Xüsusən, bankın əsas səhmdarı 2010-cu ildə yaradılmış SynergyGroup ASC olub. -17D—
-
- İqtisadiyyat
- 1 Aprel 2015 15:11
-
- İqtisadiyyat
- 1 Aprel 2015 15:32
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz