Bank "VTB" nizamnamə kapitalını tələb olunan səviyyəyə çatdırır
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) Bank "VTB" ASC-nin əlavə səhmlər emissiyası prospektini qeydiyyata alıb.
Sənədlərə əsasən, maliyyə qurumunun rəhbərliyi nizamnamə kapitalının səviyyəsini 11,5% - 50 mln. manata qədər yüksəltmək niyyətindədir.
Qiymətli kağızların əlavə emissiyasının nəzərdə tutulan ümumi həcmi 5,16 mln. manata bərabərdir, hər birinin nominal dəyəri 1 min manat olan 5 min 160 səhmə bölünüb.
Nizamnamə kapitalı 44,84 mln. manat olan Bank "VTB" ASC 2010-cu ilin aprel ayında bank fəaliyyəti üçün lisenziya alıb. Bank səhmdarları üç nəfərdir.
Müşahidə Şurasına da üç nəfər daxildir, onlardan biri Hafiz Məmmədovdur (Baglan group FZCO-nun sədri, bir neçə maliyyə qurumunun və "Bakı" futbol klubunun prezidenti). Ondan başqa aparıcı strukturda 29 saylı Notariat Kontorunun notariusu Ceyhun Paşalı və VTB MŞ sədri Asim Salamov təmsil edilib. -17D-
-
- İqtisadiyyat
- 1 Aprel 2015 15:14
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz