2014-cü ildə Bank VTB (Azərbaycan) 174% böyüyə bilər
Bank VTB (Azərbaycan) bu il öz aktivlərini 174% artırmağı planlaşdırır. Bu zaman kredit və depozit portfellərinin artımı müvafiq olaraq 178% və 200% təşkil edə bilər. Bu barədə jurnalistlərə 2013-cü ilin yekunlarına və 2014-cü il üçün planlara həsr edilmiş bugünki mətbuat konfransında bankın idarə heyətinin sədri Aleksandr Yeremin bildirib.
Onun sözlərinə görə, bankın aktivləri 2013-cü ildə 2,4 dəfə artaraq, 207,9 mln. manata çatıb. Bu zaman kredit portfeli şəklində “işlək” aktivlər aktivlərin ümumi həcminin 90%-ni təşkil edir. 2,8 mln. manat ölçüsündə planlaşdırılmış ziyanla birlikdə, bank ili milli hesabat standartları üzrə 2,2 mln. manat gəlirlə yekunlaşdırmağa müvəffəq olub.
Ümumi kredit portfeli 2,6 dəfə artaraq, 187,9 mln. manata çatıb. Korporativ biznes üzrə artım 1,7 dəfə, kiçik biznes üzrə 3,3 dəfə, pərakəndə biznes üzrə 2,7 dəfə təşkil edib. Bankın ümumi kapitalı 3 dəfə artaraq, 45 mln. manata çatıb.
2013-cü ilin ümumi yekunlarından bəhs edərkən əminliklə demək olar ki, Bank VTB (Azərbaycan) bazarda bütün müştəri seqmentlərinə xidmət edən universal maliyyə müəssisəsi kimi formalaşıb, korporativ, kiçik və pərakəndə biznesləri inkişaf etdirib, deyə Yeremin qeyd edib. -15D-
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz