2014-cü ildə birja ticarəti 3,7% azalıb
2014-cü ildə Bakı Fond Birjasında dövlət və korporativ qiymətli kağızlarla birja ticarəti 8 mlrd 158,5 mln manat olub. Bu, əvvəlki ildəkindən 3,7% azdır. Mənfi dinamika DQK bazarında repo əməliyyatların iki dəfə azalması ilə bağlıdır, deyə birja bildirir.
Ötən il KQK dövriyyəsi (4 mlrd 1,9 mln manat) ilk dəfə DQK üzrə əməliyyat həcminə (4 mlrd 156,6 mln manat) yaxınlaşıb. Bu, AMB-nin notlar üzrə repo əməliyyatlarının 3 mlrd manat azalması, dövlət şirkətlərinin səhm və istiqraz yerləşdirməsi, İpoteka Fondunun istiqrazlarının təkrar dövriyyəsinin artımı ilə bağlıdır.
2014-cü ildə Maliyyə Nazirliyi 31 əqdlə 80,3 mln manat (-18,1%) məbləğində istiqrazlar yerləşdirib. AMB 58 əqdlə 158 mln manat məbləğində notlar yerləşdirib. Bu, 2013-cü ildəkindən 47,3% azdır.
Korporativ istiqrazların yerləşdirilməsi həcmi (2 mlrd 165 mln manat) 14 dəfə artıb. Bu, əsasən «Cənub Qaz Dəhlizi» QSC, eləcə də maliyyə şirkətləridir.
Təkrar səhm bazarının dövriyyəsi 19,6 mln manat olub. Bu, əvvəlki ildəkindən 8,6% azdır.
2014-cü ildə birjada 6277 əqd qeydiyyata alınıb. Bu, bir il əvvəlkindən 27% çoxdur. Əqdlərin 93,2%-i təkrar səhm bazarında bağlanılıb. 08D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz