2014-cü ildə gömrükçülər yarım milyondan çox dollar müsadirə ediblər
Ötən il Azərbaycanın gömrük orqanları sərhəddi keçən şəxslərdən 514 min 500 ABŞ dolları və 72 mindən çox avro müsadirə ediblər.
Dövlət Gömrük Komitəsinin məlumatında deyilir ki, valyutalar mövcud qaydaların pozulması ilə əlaqədar götürülüb.
Eyni zamanda 127 ədəd bədii, tarixi, arxeoloji əhəmiyyət kəsb edən əşya, 38 ədəd elektroşoker, 12 ədəd odlu silah patronu, 2 ədəd ov silahı, 8 ədəd qaz silahı, 27 ədəd pnevmatik silah və 772 ədəd soyuq silah tutulub.
Gömrükçülər 979 ədəd televizor, 1643 ədəd məişət texnikası, 1054 ədəd mobil telefon, 4 kiloqramdan çox qara kürü, 9470 ədəd parfümeriya və kosmetika ləvazimatını müsadirə ediblər.
Qeyd edək ki, sərhəddi keçən vətəndaşlar ölkədən nəyi və hansı həcmdə çıxarmağın və ölkəyə gətirməyin lazım olduğunu indiyədək dəqiq bilmirlər. Gömrük məntəqələrində müvafiq informasiya yoxdur, qanunvericiliyin müddəaları isə gömrükçülər tərəfindən özlərinin istədikləri kimi izah edilir.-02D-
-
- Cəmiyyət
- 10 Yanvar 2015 13:43
-
- İqtisadiyyat
- 10 Yanvar 2015 18:14
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz