- İqtisadiyyat
- 16 Aprel 2015, 12:47
- 151
2014-cü ildə SOCAR-ın gəlirləri 4,2%, mənfəətini isə 12,5% artırıb
2014-cü il ərzində SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) gəlirləri 40 mlrd. manat təşkil edib. Bu barədə SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov çərşənbə günü Caspian European Club-un Bakıda təşkil etdiyi biznes forumda məlumat verib.
“2014-cü ildə SOCAR-ın illik gəliri 40 mlrd. manat, illik mənfəəti 1,1 mlrd. manat təşkil edib”, - deyə T.Qasımov bildirib.
Onun sözlərinə görə, 1 yanvar 2015-ci il tarixinə SOCAR-ın aktivləri 24 mlrd. manatı ötüb.
Qeyd edək ki, 2013-cü ilin nəticələrinə görə, SOCAR-ın gəlirləri 2,2 dəfə artaraq 38 mlrd 433 mln manat təşkil etmişdi. Bu zaman şirkətin gəlirlərində 30 mlrd 687 mln manat paya (ümumi payda xüsusi çəkisi - 79,8%) İsveçrədən gələn gəlirlər (“SOCAR-Trading” şirkətinin fəaliyyəti) təsir etmişdi. Həmin il SOCAR-ın mənfəəti 977 mln manat olmuşdu.
Bu baxımdan 2014-cü ildə SOCAR gəlirlərini 4,2%, mənfəətini isə - 12,5% artırıb. –12C--
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz