2015-ci ildə Azərbaycanın AÇG-dən mənfəəti $7 mlrd olub
2015-ci ildə Azərbaycan Neft Fondunun “Azəri-Çıraq-Günəşli” layihəsi çərçivəsində mənfəəti $6,9 mlrd olub.
Turan agentliyi bildirir ki, 2014-cü ildə Neft Fondu AÇG-də dövlətin mənfəət neftinin satışından $15 mlrd 118 mln vəsait əldə edib. Beləliklə, ötən il Fondun AÇG-dən gəlirləri 54,4% azalıb.
Neft Fondunun portfelində AÇG-dən mədaxil 93%-dir. Neft Fondunun gəlirlərinin kəskin azalması neftin 47,5% ucuzlaşması ilə bağlıdır. 2014-cü ildə Azərbaycan neftinin orta qiyməti $100,9, 2015-ci ildə $53 olub.
2001-2015-ci illərdə Neft Fondu “Azəri-Çıraq-Günəşli” layihəsi çərçivəsində $117 mlrd əldə edib.
Qeyd edək ki, Azərbaycan AÇG layihəsi çərçivəsində ilk gəliri 1999-cu ildə əldə edib. O vaxt Neft Fondu yaradılıb. Fond praktik fəaliyyətə 2001-ci ildə başlayıb və həmin vaxt aktivləri $271 mln təşkil edib.—12B--
-
- İqtisadiyyat
- 21 Yanvar 2016 18:14
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz