2015-ci ildə Azərbaycanın «Şahdəniz» layihəsi çərçivəsində mənfəəti 38% azalıb
2015-ci ildə Azərbaycan Neft Fondunun “Şahdəniz” layihəsi çərçivəsində mənfəəti $323 olub.
Turan agentliyi bildirir ki, 2014-cü ildə Neft Fondu “Şahdəniz”dən mənfəət xammalının satışından $523 mln əldə edib. Beləliklə, ötən il 2015-ci ildə Azərbaycan Neft Fondunun “Şahdəniz” layihəsi çərçivəsində mənfəəti $200 mln və ya 38,2% azalıb.
Azərbaycanın “Şahdəniz” layihəsi çərçivəsində mənfəətinin azalması təkcə qazın ucuzlaşması ilə əlaqədar deyil. Ötən il “Şahdəniz-2” layihəsi çərçivəsində irimiqyaslı işlər aparılıb. Bu səbəbdən səhmdarların layihəyə kapital xərcləri artıb. Hökumətin proqnozuna əsasən, 2018-ci ilə kimi “Şahdəniz-2” layihəsi çərçivəsində əsaslı xərclər yüksək olacaq, ona görə ARDNF-yə əvvəlki gəlirləri gözləməyə dəyməz.
Fondun məlumatına görə, 2001-2015-ci illərdə Neft Fondunun “Şahdəniz” layihəsi çərçivəsində mənfəəti $2,4 mlrd olub.
* “Şahdəniz-1” layihəsi çərçivəsində hasilat 2006-cı ilin noyabrında başlayıb, ixrac əməliyyatlarına 2007-ci ilin iyulunda strat verilib. – 12В—
-
- İqtisadiyyat
- 22 Yanvar 2016 11:03
-
- Cəmiyyət
- 22 Yanvar 2016 11:18
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz