2016-cı ildə Neft Fondu $5,8 mlrd gəlir gözləyir
Dövlət Neft Fondunun proqnozuna görə, 2016-cı ildə Fondun ümumi gəlirləri $5,8 mlrd olacaq. Bu, ötən ilkindən 2,07 dəfə çoxdur.
Belə böyük fərq onunla izah edilir ki, 2016-cı ilin büdcəsində neftin barreli 25 dollar götürülüb. Amma ötən il Azərbaycan neftinin orta qiyməti 41,7 dollar (xalis mədaxil nəzərə alınmaqla - Turan) olub. Nəticədə Fonda $5,8 mlrd mədaxil gözlənilir.
Amma məzənnə fərqindən asılı olaraq Fondun dollarla ifadə olunan aktivləri arta və ya azala bilər.
Qeyd edək ki, Fondun gəlirlərinin pik vaxtı 2011-ci ildə olub – $19,99 mlrd. 2014-cü ildə bu göstərici $16,23 mlrd, 2015-ci ildə $7,67 mlrd təşkil edib.
* 1 oktyabr 2016-cı il üçün ARDNF-nin aktivləri $35 822,1 mln olub. Bunun $1 872,5 mln-ı manatladır.—12B--
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz