- İqtisadiyyat
- 14 Oktyabr 2015, 11:33
- 170
2016-cı ildə neft şirkətlərinin dövlət büdcəsinə vergi ödənişləri 510 mln manat azalacaq
2016-cı ildə SOCAR-ın dövlət büdcəsinə vergi ödənişləri 1,29 mlrd manat (2014-cü ildə 1,855 mlrd manat) proqnozlaşdırılır.
Bu barədə maliyyə naziri Samir Şərifov dünən parlamentdə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
Bu, 2015-ci ilin proqnozundan 210 mln manat və ya 14% azdır.
Onun sözlərinə görə, 2016-cı ildə PSA sazişlər çərçivəsində Azərbaycanda fəaliyyət göstərən neft qaz şirkətlərindən mənfəət vergisi 500 mln manat proqnozlaşdırılır. "Bu, 2015-ci ilin proqnozundan 300 mln manat və ya 37,5% azdır", - deyə Şərifov qeyd edib.
Xatırladaq ki, 2016-cı ildə neft qaz şirkətlərinin vergi ödənişi proqnozu 1 barrel neft $50 hesablanmaqla müəyyən edilib.
PSA sazişlər çərçivəsində Azərbaycanda fəaliyyət göstərən neft qaz şirkətlər ildə 4 dəfə mənfəət vergisi ödəyir: yanvar, aprel, iyul, oktyabr. Mənfəət vergisi 25% təşkil edir. –12B--
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz