2016-cı ildə sığorta ödənişləri 27% artıb
2016-cı ildə İcbari Sığorta Bürosunun üzvü olan sığorta şirkətləri avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə 996 632 müqavilə bağlayıb.
Turan-ın məlumatına görə, bunun 130 min 655-i xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələridir. Qeyd olunan dövrdə daxil olan sığorta haqlarının məbləği 79,8 milyon manat təşkil edib.
2015-ci il ilə müqayisədə AVSMMİS üzrə sığorta müqavilələrinin sayında 3.3%, sığorta haqlarının məbləğində isə 4.4% artım müşahidə edilib.
2016-cı ildə orta sığorta haqqı 88 manat olub.
Hesabat dövründə sığorta şirkətləri 24 197 sığorta tələbi üzrə 28,8 milyon manata yaxın sığorta ödənişi həyata keçirib. 2015-ci il ilə müqayisədə sığorta ödənişləri 27% artıb. 71D
-
- Cəmiyyət
- 6 Yanvar 2017 12:35
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz