2016-cı il ərzində qeyri-həyat icbari sığorta növləri üzrə bağlanmış müqavilələr üzrə yığım 4,8% artıb
2016-cı ildə sığorta şirkətləri qeyri-həyat icbari sığorta növləri üzrə 1 mln 152 min 66 müqavilə bağlayıb.
Turan-ın məlumatına görə, müqavilələrin ümumi məbləği 106 mln 76 min 363 manat olub.
2015-ci il ilə müqayisədə bağlanmış icbari sığorta müqavilələrinin sayında 6.8%, sığorta haqlarının məbləğində isə 4.8% artım müşahidə edilib.
2016-cı ildə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 996 632 müqavilə bağlanılıb, sığorta haqlarının məbləği 79,8 milyon manat təşkil edib.
«Green card» üzrə müqavilə sayı 10 min 514 (yığım 768 min 684 manat), daşınmaz əmlakın icbari sığortası üzrə 140 min 848 (yığım 25 mln 175 min 705 manat), daşınmaz əmlakın istismarı zamanı mülki məsuliyyətinin icbari sığortası üzrə 3 min 882 (yığım 271 min 230 manat), sərnişin sığortası üzrə 190 müqavilə (yığım 96 min 953 manat) bağlanılıb. 71D
-
- İqtisadiyyat
- 6 Yanvar 2017 12:37
-
- İqtisadiyyat
- 6 Yanvar 2017 14:12
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz