2016-cı ilin büdcəsi təsdiq edilib
Dövlət başçısı 2016-cı ilin büdcəsinin təsdiq edilməsi haqda fərman imzalayıb.
Gələn il büdcənin gəlirlər hissəsi 14,566 mlrd manat proqnozlaşdırılıb. Bu, ÜDM-in (57,7 mlrd manat) 25,2%-dir. Dövlət büdcəsinin xərcləri 16,264 mlrd manat və ya ÜDM-in 28,2%-i qədər olacaq. Kəsir 1 mlrd 698 mln manat (2,9%) proqnozlaşdırılır.
Mərkəzəşdirilmiş gəlirlər 13 799 654,5 min manat, yerli gəlirlər 766 345,5 min manat, mərkəzləşdirilmiş xərclər 14 722 749,0 min manat, yerli xərclər 1 541 251 min manat nəzərdə tutulub.
İcmal büdcəsində üst hədd 19 956 524,8 min manat təsdiq edilib. ARDNF-nin gəlirləri nəzərə alınmadan icmal büdcənin kəsiri 9 947 954,7 min manat müəyyən edilib.
Bu ilin gözlənilən nəticələrinə nisbətən büdcə gəlirləri 25,1%, 2014-cü ilin fakitiki göstəricilərinə nisbətən 20,84% azalacaq. Xərclər bu ilin gözlənilən nəticələrinə nisbətən 22,9%, 2014-cü ilə nisbətən 13,07% azalacaq.
Dövlət büdcəsində məcburi köçkünlərə ayırmalar 50% (150 mln manat) artırılıb.
Dövlət büdcəsində neftin barreli $50-dan, $1 isə 1,05 manatdan götürülüb. ---17D—
-
- Siyasət
- 8 Dekabr 2015 11:59
-
- Söz istəyirəm
- 8 Dekabr 2015 12:30
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz