25 dəniz gəmisi sökülməlidir
«Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" (AXDG) 25 dəniz gəmisini hesabdan silib və onlar sökülməlidir. Gəmilərin azalması yük daşımalarının azalmasına səbəb olub.
AXDG-nin mətbuat xidmətində Turan-a bildiriblər ki, köhnə gəmilərin hesabdan silinməsi Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılır. Söküntü işini “Baku Steel Company” həyata keçirir. 2013-cü ilin oktyabrında iki dövlət müəssisəsinin bazasında QSC-nin yaradılmasından sonra 10 tanker, 9 quru yük gəmisi, 6 texniki gəmi hesabdan silinib.
Dövlətstatkoma görə, bu ilin 5 ayında su nəqliyyatı ilə 4 mln 151,8 min ton yük (59%-i neftdir) daşınıb. Bu, ötən ilin eyni dövründəkindən 19,1% azdır. Gəmiçilikdə bunu gəmilərin azalması, Xəzəryanı ölkələrin ticarət gəmilərinin peyda olması ilə izah edirlər.
Hazırda AXDG-nin 61 gəmisi, o cümlədən 33 tanker, 13 bərə, 2 sərnişin gəmisi, 184 ixtisaslaşmış gəmidən ibarətdir. Bu il AXDG “Bakı Gəmiqayırma Zavodu”na 3 sərnişin gəmisi sifariş verib. 08B
-
- İqtisadiyyat
- 8 İyul 2014 14:38
-
- İqtisadiyyat
- 8 İyul 2014 14:55
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz