"ASANxidmət" şimal-qərb zonasının sakinlərinə xidmət göstərəcək
Bu ilin 9-21 iyulunda Zaqatala, Balakən və Qax rayonlarının 330 mindən artıq sakini Səyyar ASAN xidmətdən Zaqatala rayonunda yararlana biləcək.
"ASANxidmət" in mətbuat xidməti bildirir ki, sakinlər istənilən notarial əməliyyat həyata keçirə bilər. Bundan başqa, onlar şəxsiyyət vəsiqələri və ümumvətəndaş pasportlarını ala və ya dəyişdirə, sürücülük vəsiqələrinin dəyişdirə, torpaq kadastrı məlumatları barədə arayışlar ala bilərlər. "ASANxidmət" əmək pensiyalarının təyin edilməsi; mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi; daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi və başqa xidmətlər də göstərə bilir. 2014-cü ilin dekabr ayına qədər Səyyar ASAN xidmət vasitəsi ilə 35 məntəqədə 41 rayonun sakinlərinə müvafiq xidmətlərin həyata keçirilməsi nəzərdə tutulur. --17D—
-
- İqtisadiyyat
- 8 İyul 2014 14:42
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz