283 özəl obyekt dövlət ehtiyacı üçün alınacaq
Ötən ilin sonunda Nazirlər Kabineti Bakının mərkəzində vətəndaşlara məxsus 283 yaşayış və qeyri-yaşayış obyektlinin dövlət ehtiyacları üçün sökülməsi barədə qərar qəbul edib.
30 dekabr tarixli № 533 sənəddə (https://goo.gl/Gv9kVl) qeyd edilir ki, bütün obyektlər Nəriman Nərimanov prospekti ilə Balababa Məcidov, Fuad İbrahimbəyov və Abdulla Şaiq küçələri və Süleyman Tağızadə küçələri ərazisində yerləşir. Boşaldılan ərazidə dövlət əhəmiyyətli yollar və başqa kommunikasiyalar tikiləcək.
Obyektləri dövlət ehtiyacları üçün almaq Bakının Yasamal Rayon İcra Hakimiyyətinə həvalə edilib.
Qeyd edək ki, bu ərazi 2013-2016-cı illərdə sökülən “Sovetski” məhəlləsinə yaxındır. 08D
-
- İqtisadiyyat
- 6 Yanvar 2017 12:19
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz