Azərbaycan Beynəlxalq Bankı səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb
Yanvarın 10-da “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Yığıncağın gündəliyinə Bankın İdarə Heyətinin sədri Elmar Məmmədovun tutduğu vəzifədən azad edilməsi və İdarə Heyətinin yeni sədrinin təyin edilməsi məsələləri daxil edilib.
Elmar Məmmədov bu vəzifəyə 2015-ci ilin iyuunda seçilib. Dekabrın 8-də o, Müşahidə Şurasının növbədənkənar toplantısında İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. Xalid Əhədov Bankın İdarə Heyətinin sədri vəzifəsinə müvəqqəti sədr təyin edilib.
2015-ci ilin iyulundan hökumət Beynəlxalq Bankın sağlamlaşdırılması tədbirlərinə başlayıb. Bankın 5,6 mlrd manatlıq zərərli aktivləri “Aqrarkredit” BOKT-un idarəetməsinə verilib. Bank dövlətdən eyni məbləğdə pul vəsaiti alıb.
ABB-nin 1774 səhmdarı var, bunun 15-i hüquqi şəxsdir. Dövlət Maliyyə Nazirliyinin şəxsində 54,96%, “Aqrarkredit” QSC 27,26% səhm sahibidir. 08D
-
- Cəmiyyət
- 6 Yanvar 2017 10:23
-
- İqtisadiyyat
- 6 Yanvar 2017 11:27
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz