50 min tondan çox pambıq yığılıb
Noyabrın 7-i üçün Azərbaycanda 50,4 min ton pambıq yığılıb. Bu, ötən ilin eyni dövründəkindən 20,4 min ton çoxdur.
23 rayonda pambıq yığımı davam edir. Dövlətstatkomun məlumatına görə, zavodların tədarük etdiyi pambığın çoxu Ağcabədi, Saatlı, Sabirabad, İmişli və Biləsuvarın payına düşür. Bu rayonların pambıqçıları birlikdə 26,5 min ton pambıq yığıb.
Kənd Təsərrüfatı Nazirliyində hesab edirlər ki, heçdə hər şey itirilməyib, qışa kimi daha 50 min ton pambıq yığmaq olar. Tədricən “Aqrolizinq” ASC-nin aldığı pambıqyığan kombaynlar da sahəyə çıxır.
Bu il 52 min 57 ha sahədə pambıq əkilib.
Bir çox müstəqil ekspertlər hökumətin yaxın 2-3 ildə pambıq sahələrini 250 min hektaradək artırmaq planları ilə razılaşmır. Onların fikrincə, bunun əvəzinə iqtisadi planda daha səmərəli bitkilər yetişdirmək olar. 08D
-
- Söz istəyirəm
- 7 Noyabr 2016 14:53
-
- Cəmiyyət
- 7 Noyabr 2016 15:30
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz