- İqtisadiyyat
- 20 İyul 2013, 14:50
- 113
6 ayda əhaliyə 707,1 milyon manat dəyərində informasiya və rabitə xidmətləri göstərilib
Bu ilin birinci yarısında informasiya və rabitə müəssisələri əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 707.1 milyon manat dəyərində və ya ötən ildə olduğundan 7.5 faiz çox rabitə xidməti göstəriblər. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Dövlət Statistika Komitəsinin hesablamalarına görə, xidmətlərin 72.2 faizi bilavasitə əhaliyə xidmətlə bağlı olub və əldə edilmiş gəlirin 76.1 faizi qeyri-dövlət sektorunun payına düşüb.
Qeyd olunan dövrdə elektron ticarət dövriyyəsi vasitəsi ilə alıcılara 1038.2 min manatlıq qeyri-ərzaq malları və 73.4 min manatlıq ərzaq məhsulları satılıb və müvafiq olaraq bu göstərici 68.5 faiz və 2.1 dəfə artıb.-03D-
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz