6 əkiz şirkət yaradılıb
Azərbaycanda yaradılan “Dekot” şirkətlər qrupuna altı şirkət daxildir. İndiyəcən bu prinsiplə üç şirkətlər qrupu yaradılıb. Onların hamısı eyni ünvanda yerləşir: Bakı, Süleyman rüstəm küçəsi, 9.
Vergilər Nazirliyinin məlumatına görə, “Dekot Group”, “Dekot Capital”, “Dekot House”, “Dekot Mart”, “Dekot Property” və “Dekot Pact” şirkətlərinin əsas sahibkarlıq fəaliyyəti növü daşınmaz əmlakın idarə edilməsidir. Bu prinsiplə ötən ilin IV rübündə “Blossom Group”, “Platek Group” və “Asset Group” şirkətlər qrupu yaradılıb. Yeni qrupun rəhbəri əvvəllər Vergilər Nazirliyində işləmiş Səid Hüseyn oğlu Əliyevdir. O, bu və ya digər formada başqa əkiz şirkətlərdə də təmsil olunur. Qeydiyyat apreldə olub. Bu barədə informasiya mayın sonunda verilib. Hər bir şirkətin nizamnamə kapitalı 10 000 manatdır.
Qeyd edək ki, bu şirkətlərin hamısı “AtaHolding” ASC-yə məxsus biznes mərkəzində yerləşir. Amma yeni şirkətlər “Synergy Group” ASC-yə yaxındır. 08B
-
- Cəmiyyət
- 3 İyun 2014 17:19
-
- Sual-cavab
- 3 İyun 2014 17:41
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz