6,4 mindən çox vergi ödəyicisi qeydiyyatdan silinib
Bu ilin 11 ayında Azərbaycanda 72 984 vergi ödəyicisi qeydiyyata alınıb (o cümlədən elektron rejimdə – 30 min). Bu, ötən ilin eyni dövründəkindən 8,9% çoxdur.
Vergilər Nazirliyinin məlumatına görə, dekabrın 1-i üçün uçotdakı vergi ödəyicilərinin sayı 604 381 mənə çatıb. Bu, 2013-cü ilin eyni dövrünün göstəricisindən 12,3% çoxdur.
İlin əvvəlində birbaşa vergi ödəyicilərinin sayı 537 828 olub. Beləliklə, 6431 sahibkarlıq subyekti fəaliyyətini dayandırıb.
Vergilər Nazirliyi dünyanın bir çox fiskal orqanlarından fərqli olaraq vergi ödəyicilərinin strukuru – təşkilati-hüquqi forma (MMC, SC, kooperativ), mülkiyyət forması (dövlət, özəl, xarici kapitallı), regional yerləşməsi və s. barədə statistikanı açıqlamır:.
Vergilər Nazirliyinin elektron məlumat bazasında axtarış yalnız dəqiq ad və identifikasiya nömrəsi ilə mümkündür. Halbuki Gürcüstan, RF, Türkiyə kimi ölkələrdə kommersiya hüquqi şəxslər barədə informasiyanı qanuni təmsilçi, təsisçi və s. adı üzrə də tapmaq olar.
2012-ci ilin iyununda Azərbaycanda şirkətlərin təsisçiləri və onların iştirak payı barədə informasiyaların açıqlanmaısnı qadağan edən qanun imzalanıb. Bu məlumatlar kommersiya sirri sayılır. 08D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz