7 ayda TBC Kredit-də üç dəfə artım olub
"TBC Kredit" qeyri-bank kredit təşkilatının aktiv kredit portfeli bu ilin yanvar-iyulunda $13,15 mln və ya 68,1% artaraq $32,44 mln olub. Hesabat dövründə mikrokreditləşmə 2,9 dəfə artaraq $6,45 mln-a çatıb.
Cəmiyyətin aktivləri $12,02 mln və ya 55,8% artaraq $33,77 mln olub. Müştəri bazası 23% genişlənərək 3,24 min nəfərə çatıb.
Problemli kreditlərin payı 2,96 f.b. azalaraq 2,63%-ə, mikrokreditləşmədə 1,23 f.b. azalaraq 0,49%-ə çatıb.
Fəaliyyəti dövründə təşkilat $110,75 mln kredit, o cümlədən $21,33 mln mikrokredit verib.
"TBC Kredit" 10 ilə kimi kredit verir. Kredit məbləği 300-200 000 manatdır. Faiz dərəcəsi 18-dən başlayır.
Təşkilat 2000-ci ildən fəaliyyət göstərir. Səhmdarları "TBC Bank" (75%) "ShoreBank International"dır (25%). Təşkilat biznes, ipoteka, istehlak və mikro kreditlər verir. --15B--
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz