8 ayda neft hasilatı 2,5% azalıb, qaz hasilatı 0,4% artıb
1 sentyabr 2012-ci il üçün ARDNŞ 5,494 mln ton neft çıxarıb. Bu, ötən ilin eyni dövründəkindən 2,5% azdır.
ARDNŞ-nin məlumatına görə, yanvarda 706,638 min, fevralda 660,942 min, martda 660,9 min, apreldə 684,3 min, mayda 700,9 min, iyunda 678,5 min, iyulda 700,9 min və avqustda 701,8 min ton neft çıxarılıb.
Bu dövrdə şirkətin idarələri 4,567 mlrd m3 (18,29 mln m3 və ya 0,4% çox), avqustda 572,3 mln m3 qaz çıxarıblar.
Qeyd edək ki, proqnozlara görə, 2012-ci ildə Azərbaycanda 28,8 mlrd m3 qaz çıxarmaq planlaşdırılır: 8 mlrd m3 “Şahdəniz” yatağından, 13,1 mlrd m3 “Azəri-Çıraq-Günəşli” blokundan və 7,18 mlrd m3 ARDNŞ-nin yataqlarından.–12D—
-
- Cəmiyyət
- 10 Sentyabr 2012 14:06
-
- İqtisadiyyat
- 10 Sentyabr 2012 14:43
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz