ARDNŞ Xəzərin Rusiya sektorunda mühəndis-geoloji işlər üçün tez-tez sifariş alır
ARDNŞ-nin Geofizika və Geologiya İdarəsi yaxın günlərdə Xəzərin Rusiya sektorunda Korçagin yatağında LUKoil şirkəti ilə birgə mühəndis-geoloji işlərə başlamağı planlaşdırır.
İdarənin məlumatına görə, işlər görülən zaman Azərbaycanın tədqiqat gəmilərindən istifadə ediləcək. Korçagin yatağı Həştərxandan 180 km, Mahaçqaladan 240 km məsafədədir. Yataq rayonunda dənizin dərinliyi 11-13 metrdir.
Bu ilin iyun-avqustunda ARDNŞ-nin bu idarəsi Latviya "Morinjgeologiya" SC-nin sifarişi ilə Xəzərin Rusiya sektorunda “Xəzri” strukturunda mühəndis-geoloji qazma işlərinə başlayıb. “Zöhrab Vəliyev” gəmisindən aparılan işlər zamanı dəniz qruntundan nümunələr götürülüb. –12D—
-
- İqtisadiyyat
- 10 Sentyabr 2012 14:08
-
- Siyasət
- 10 Sentyabr 2012 14:50
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz