9 ayda 240 mln manat güzəştli kreditlər verilib
Yanvar-sentyabrda Sahibkarlığa Kömək Milli Fondu 4 min 378 sahibkara 242 mln manat kredit verib.
İqtisadi və Sənaye Nazirliyinin məlumatına görə, sonuncu dəfə Qusarda 100 sahibkarın iştirakı ilə tədbir keçirilib. İşgüzar forum çərçivəsində Qusar və ətraf rayonlardan olan 50 sahibkara 3,4 milyon manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, quşçuluq, bağçılıq, tərəvəzçilik, taxılçılıq, logistik mərkəzdə çeşidləmə və qablaşdırma sahəsinin yaradılması və digər sahələrin inkişafına yönəldiləcək. İndiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1742 investisiya layihəsinin maliyyələşdirilməsinə 130,3 milyon manat güzəştli kredit verilib.
SKMF 1992-ci ildə yaradılıb. 2013-ci ildə Fond 4500 layihəyə 275 mln manat güzəştli kreditlər verib. 2014-cü ildə SKMF xətti ilə sahibkarlığın güzəştli kreditləşməsinin həcmi 280 mln manata çatacaq. --17D—
-
- Siyasət
- 17 Oktyabr 2014 14:09
-
- İqtisadiyyat
- 17 Oktyabr 2014 14:29
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz