Kənd təsərrüfatı istehsalı azalıb
Oktyabrın 1-i üçün kənd təsərrüfatı istehsalı 4 mlrd 308,3 mln manat (bir il əvvəlki ilə müqayisədə mənfi 3,7%) olub.
Dövlətstatkoma görə, heyvandarlıqda +3% artım, bitkiçilikdə 9% azalma olub. Yanvar-sentyabrda 324,9 min ton ət (+1,5%), 1 mln. 416,3 min ton süd (+3,6%), 1 mlrd 164,2 mln yumurta (+11,6%), 16,3 min ton yun (+1,5%) istehsal edilib.
Kənd təsərrüfatı məhsulları yığımı davam edir. 1 oktyabr üçün qarğıdalı nəzərə alınmadan 2 mln 338,3 min ton taxıl (mənfi 19,3%) yığılıb.
Həmçinin 808,9 min ton kartof (mənfi 17,8%), 404,2 ton çay yarpağı (mənfi 14,8%), 29,1 min ton şəkər çuğunduru (mənfi 16%), 1 mln. 125 min ton tərəvəz (mənfi 1,1%), 532,4 min ton meyvə (+0,4%), 439,9 min ton bostan bitkiləri (+ 2,9%), 106,1 min ton üzüm (+1,7%) yığılıb. --17D—
-
- İqtisadiyyat
- 17 Oktyabr 2014 14:18
-
- Cəmiyyət
- 17 Oktyabr 2014 14:31
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz