- İqtisadiyyat
- 11 Dekabr 2013, 17:06
- 215
ABB-Moskva imkanlı müştərilər üçün yeni sistem istifadəyə verib
“Bank “ABB-MOSKVA” bankın Prestige Club private banking müştəriləri üçün Multi Family Office adlı yeni sahənin açılmasını elan edib.
Multi-Family Office ailə kapitalının gələcək nəsillər üçün saxlanılması və artırılması məqsədini daşıyan, imkanlı müştərilərin maddi və qeyri-maddi aktivlərinin idarə edilməsini təmin edən çoxistiqamətli sistemdir. “Bank “ABB-MOSKVA” Prestige Club MFO çərçivəsində private banking müştərilərinə aktivlərin idarə edilməsi, konsaltinq xidmətləri, immiqrasiya xidmətləri, vergi planlaşdırılması, alternativ investisiyalar və s. kimi sahələri əhatə edən xidmətlər təklif edir.
“Bank “ABB-MOSKVA” MMC 2002-ci ildə Rusiyada Azərbaycan Beynəlxalq Bankının törəmə bankı olaraq fəaliyyətə başlayıb. Bank Rusiyanın TOP-150 ən böyük bankları sırasına daxildir.—15D—
-
- İqtisadiyyat
- 11 Dekabr 2013 17:03
-
- Cəmiyyət
- 11 Dekabr 2013 17:17
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz