"ABB-Moskva"nın aktivləri $1 mlrd-ı keçib
Аzərbaycan Beynəlxalq Bankının (ABB) Rusiyada törəmə qurumu olan «ABB-Moskva» bankının 2014-cü il iyulun 1-ə aktivlərinin həcmi 34 734 mln rubl təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 13,6% çoxdur, deyə bankdan bildirilir.
Bankın məcmu kapitalı 21,3% artaraq 3 180 mln rubl, ümumi gəlirləri 652,32 mln rubl, faiz gəlirləri 486,7 mln. rubl, qeyri-faiz gəlirləri 154,9 mln. rubl təşkil edib.
Bankın kredit portfeli illik müqayisədə 9% artaraq 2014-ci il iyulun 1-nə 25 340 mln. rubla çatıb. Bunlardan, fiziki şəxslərə verilmiş kreditlər 3 598 mln. rubl (7% artım), hüquqi şəxslərə verilən kreditlər 21 742 mln. rubl (8% artım) təşkil edib.
"ABB-Moskva" MMC 2002-ci ildə yaradılıb, ən böyük Rusiya maliyyə-kredit müəssisələrinin TOP-150-nə əminliklə daxil olan universal bankdır. Hazırda bank şəbəkəsi Moskva, Sankt-Peterburq və Yekaterinburqda ofislərdən ibarətdir. --17D—
-
- İqtisadiyyat
- 13 Avqust 2014 16:35
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz