Hökumət "Dövlət informasiya sistemləri və informasiya resursları haqqında " qanun layihəsinə baxır
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) "Dövlət informasiya sistemləri və informasiya ehtiyatları haqqında" qanun layihəsi hazırlayıb.
Qurumun məlumatında deyilir ki, sənəd Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (VXSİDA) ilə birlikdə hazırlanıb. Qanun layihəsi aidiyyəti dövlət orqanları ilə razılaşdırılaraq baxılması üçün hökumətə təqdim olunub.
Nazirliyin məlumatına görə, "Dövlət informasiya sistemləri və informasiya resursları haqqında " qanun layihəsi dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması, idarə edilməsi, təhlükəsizliyinin təmin olunmasının əsas meyarları, inteqrasiyası və ləğvi, həmçinin dövlət informasiya sistemlərinin və ehtiyatlarının subyektlərinin hüquq və vəzifələrinin əsasları müəyyən edilib, onlar arasında qarşılıqlı əlaqə zamanı yaranan münasibətlərin tənzimlənməsi ilə bağlı məsələlərini əhatə edir.
Qanun layihəsi "Elektron hökumət" portalı haqqında Əsasnamə"nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 fevral tarixli 813 nömrəli Fərmanının icrası ilə bağlı hazırlanıb. --17D—
-
- Siyasət
- 13 Avqust 2014 15:05
-
- İqtisadiyyat
- 13 Avqust 2014 16:14
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz