ABB-nin auditi "Deloitte & Touche" şirkətinə tapşırılıb
Azərbaycan Beynəlxalq Bankı 2013-cü ilin I yarısı və bütöv ilin auditini «Deloitte & Touche» şirkətinə həvalə edib.
354 min manatlıq müqavilə Dövlət Satınalmaları Agentliyində qeydiyyata alınıb. Demək, bankın və onun törəmə strukturları olan ABB-Moskva, ABB-Gürcüstan, Beynəlxalq Sığorta Şirkəti və "Azərikard" MMC-nin auditi beynəlxalq standartlara uyğun keçiriləcək.
I yarımilin yekunu 15 sentyabrdan, 2013-cü ilin yekunu 1 aprel 2014-cü ildən gec olmayaraq təqdim edilməlidir.
ABB 1992-ci ildə təsis edilib. Nizamnamə kapitalının 50,2%-i dövlətə məxsudur, amma bir hissəsi özəlləşdirilməlidir.
1 iyul üçün məcmu kapitalı 765,56 mln manat olub. Bu, 2012-ci ildəkindən 61,4% çoxdur. Nizamnamə kapitalı 340 mln manata çatıb.
I yarımildə bankın xalis mənfəəti 24,3 mln manat olub. Bu, ötən ilin I yarısındakından 44,6% çoxdur. --17D—
-
- Cəmiyyət
- 13 Avqust 2013 15:21
-
- İqtisadiyyat
- 13 Avqust 2013 15:35
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz