Sənaye məhsulunun qiyməti dəyişməyib
İyulda sənaye məhsulu 4,1% bahalanıb.
Amma Dövlətstatkoma görə, ötən ilin eyni dövrü ilə müqayisədə 5,2% azalma olub.
İyulda hasilat sahəsində qiymətli metalların qiymətləri 2,5%, daş, qum, çınqıl, duz 0,3% ucuzlaşıb. Neft və qaz istehsalında qiymət artıb (4,8%).
Emal sənayesində tütün məmulatı (5%), maşın və avadanlığın qurulması və təmiri (2,2%), hazır metal məmulatı istehsalı (1,8%), tikinti materialları (1,1%), elektrik avadanlığı, zərgərlik məmulatı, musiqi, idman malları, tibb avadanlığı (0,6%) ucuzlaşıb.
İçkilər, rezin və plastmass (0,5%), poliqrafiya məhsulları və ərzaq (0,4%), taxta-şalban (0,2%), maşın və avadanlıq (0,1%) da ucuzlaşıb.
Kimya məhsulları (2,8%), dəri məmulatı, ayaqqabı və metallurgiya məhsulları (2,2%), tekstil (1,6%), kağız və karton (1,2%), paltar (0,9%), neft məhsulları (0,8%), mebel (0,3%), kompüter, avtomobil və qoşqu (0,1%) bahalanıb. --17D—
-
- İqtisadiyyat
- 13 Avqust 2013 15:34
-
- İqtisadiyyat
- 13 Avqust 2013 15:37
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz