- İqtisadiyyat
- 12 Aprel 2013, 16:16
- 207
ABB-nin son emissiyasından səhmlərin 86,6%-i yerləşdirilib
Bakı Fond Birjasında aprelin 11-də Azərbaycan Beynəlxalq Bankının 7 792 854 manat məbləğində səhmlərinin yerləşdirilməsi üzrə 4 əqd qeydiyyata alınıb. İnvestorlar səhmləri nominal qiymətə – 24 qəpiyə alıb.
Səhmlər 4 iyun 2012-ci ildən yerləşdirilir və bu il həmin tarixdə bitəcək. Aprelin əvvəlində mövcud səhmdarlar arasında səhmlərin yerləşdirilməsi müddəti bitir. Birjanın məlumatına görə, ötən ilin dekabrından aprelin 3-ə kimi 4 sessiyada 78 666,1 min manatlıq 135 tranzaksiya olub. Son emissiyadan 86,6% yerləşdirilib.
BFB-nin tranzaksiyalar üzrə məlumatları ABB və Maliyyə Nazirliyinin vaxtından əvvəl bankda 50,2% payın ödənilməsi barədə bəyanatı ilə üst-üstə düşmür. Onların bəyanatını bankın bu ilin əvvəli üçün balans hesabatı da təsdiq edir. Ona əsasən, nizamnamə kapitalı 303 mln manat olub. Bu vaxt üçün bankın NK-da dövlətin payı 170 mln manat olub.
BFB İH sədrinin müavini Vüqar Namazov Turan-a bildirib ki, istənilən emitentin səhmlərinin yerləşdirilməsi ödəniş üzrə olur və birja onların hər biri barədə bitəndən bir gün sonra məlumat verir.
Hazırda ABB-nin səhmlərinin bazar qiyməti 20 qəpikdir. --08B—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz