ABB səhmləri ilə 286,4 mln manatlıq əqd
Bu ilin mayından təkrar səhm bazarında əqdlərin həcmi artır. Mütəxəssislərin fikrincə, bu, Beynəlxalq Bank ətrafında qalmaqalla bağlıdır.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin məlumatına (http://goo.gl/oZS5ds) görə, bu ilin 9 ayında təkrar səhm bazarının həcmi 350 mln 287,3 min manat olub. Bu, 2014-cü ilin yanvar-sentyabrındakından 7,8 dəfə çoxdur. «Milli Depozit Mərkəzi» QSC vasitəsilə səhmlərin təkrar dövriyyəsi üzrə 63,8 mln manat məbləğində əməliyyatlar (http://mdm.az/index.php?r=26&lang=az) həyata keçirilib. Bu əməliyyatların 9 mln manatı Bakı Fond Birjasında (http://bfb.az/) rəsmiləşdirilib.
MDM-dən başqa, qiymətli kağızların depozitarı funksiyasını ABB-yə xidmət edən “Korporeyt Trast Eycensi” şirkəti də yerinə yetirir. Ona görə mütəxəssislər ehtimal edir ki, MDM-dən kənar səhm dövriyyəsi ABB səhmləri ilə bağldıır. Görünür, bu bankın kredit borcu olan səhm sahibləri 286,4 mln manatlıq səhmləri kredit ödəməyə yönəldib.
Qeyd edək ki, ABB səhm sahiblərinin strukturunu açıqlamır. 08B
-
- İqtisadiyyat
- 21 Oktyabr 2015 14:11
-
- Cəmiyyət
- 21 Oktyabr 2015 14:20
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz