Dəmir filizi istehsalı 73,5% artıb
Doqquz ayda Azərbaycanda dəmir filizi konsentratı istehsalı 102,9 min ton təşkil edib. Qəribədir ki, 73,5%-lik artım bu ilin iyulunda «Azərbaycan Polad İstehsalı Kompleksi» QSC-nin İdarə Heyətinin sədri vəzifəsindən azad ediləndən sonra əldə olunub.
Dövlətstatkoma görə, bu ilin 6 ayında $670,5 min məbləğində 16,5 min ton dəmir filizi ixrac edilib.
Bu ilin iyulundan QSC rəhbərsizdir. Bundan sonra QSC-nin departament rəhbərləri də işdən azad edilib.
Turan-ın məlumatlı mənbədən aldığı informasiyaya görə, SC bir müddət iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərovun kurasiyasında və vaxtaşırı cəmiyyətin administrasiyasında olub.
Xatırladaq ki, 23 aprel 2013-cü ildə «Azərbaycan Polad İstehsalı Kompleksi» QSC yaradılıb və «Daşkəsən Filizsaflaşdırma» onun tərkibinə daxil edilib.
QSC-də bildirirlər ki, təmirdən sonra kombinatın istehsal gücü ayda 30 min tona çatb .
2015-2018-ci illərdə «Daşkəsən Filizsaflaşdırma» ASC-nin yenidən qurulması və istehsal gücünün ayda 120 min tona çatdırılması planlaşdırılır.
QSC dəmir filizi istehsalı istehsalından polad və polad məhsulu istehsalına kimi sənaye silsiləsinə investisiya təmin etməlidir. 08B
-
- İqtisadiyyat
- 21 Oktyabr 2015 14:06
-
- İqtisadiyyat
- 21 Oktyabr 2015 14:14
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz