ABB üçün 50 milyon avro məbləğində kredit kiçik sahibkarlığa dəstək olacaq
Avropa İnvestisiya Bankı Azərbaycan Beynəlxalq Bankına 50 milyon avro məbləğində kredit ayırıb. Saziş dünən bağlanıb.
Bankdan verilən məlumata görə, vəsait prioritet əhəmiyyətə malik biznes layihələrinin maliyyələşdirilməsinə yönələcək. «Xüsusilə qeyri-neft sektoruna aid sənaye və xidmət sahələri bu imkandan geniş faydalana biləcəklər. Cəlb edilmiş kredit Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə kömək göstərməklə yanaşı, kiçik və orta biznes sektorunda Azərbaycan Beynəlxalq Bankının mövqeyini daha da gücləndirəcək”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, Avropa İttifaqı yanında Avropa İnvestisiya Bankı əsasən uzunmüddətli kreditlər verir.
ABB 1992-ci ildə yaradılıb. Səhmlərinin 51,07%-i dövlətə, 48,93%-i hüquqi və fiziki şəxslərə məxsusdur. --17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz