ABB Visa kart sahibləri üçün aksiya başladı
Azərbaycan Beynəlxalq Bankı, Azercell və Visa ödəniş sistemi birgə aksiyaya başlayıb.
Bankın məlumatında deyilir ki, ABB-nin Visa kartı ilə 100 manat və çox mal və xidmət ödənişi edəndə kart sahibi Azercell-dən 5 bonus dəqiqəsi alır.
Aksiyada iştirak üçün bankın Call Centerinə zəng edib (Call Center – stasioanr telefonlar üçün (012) 437 7900, mobillər üçün *2265 (BANK)) operatora mobil nömrəni bildirmək lazımdır. Azərbaycan Beynəlxalq Bankının kartı əvvəllər Azercell nömrənin SMS-xəbərdarlıq sisteminə qoşulubsa, aksiyada iştirak avtomatikdir.
Aksiyada ABB-nin buraxdığı bütün kartlar iştirak edir.
Qeydiyyat və proqramda iştirak pulsuzdur. Bonus dəqiqələri şəbəkədaxili zənglər üçündür. Köçürmə ayda bir dəfədir. —15D--
-
- İqtisadiyyat
- 5 Sentyabr 2013 14:35
-
- İqtisadiyyat
- 5 Sentyabr 2013 15:52
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz