Adambaşına düşən ÜDM 8% azalıb
Bu ilin 11 ayında Azərbaycanda adambaşına düşən ümumi daxili məhsul (ÜDM) 5 255,5 manat təşkil edib, Dövlət Statistika Komitəsi bildirib. Bu, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 455,2 manat və ya 8% azdır.
ABŞ dolları ilə ÜDM 25,3% azalıb. 2014-cü ilin yanvar-noyabr aylarında ölkədə adambaşına düşən ÜDM $7 281 təşkil edib, halbuki, Turan-ın hesablamalarına görə, bu il bu göstərici $5 438-dək azalıb.
DSK-nın məlumatına görə, yanvar-noyabr aylarında Azərbaycanda ÜDM istehsalı 50 mlrd. 57,5 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövründə olduğundan 3,1% çoxdur. Həmin mənbənin məlumatına görə, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə ölkədə əlavə dəyər istehsalı
53 mlrd. 743,6 mln.manat təşkil edib. ÜDM natural ifadədə artıb. Dəyər ifadəsində iqtisadiyyat 6,9% azalıb.
Rəsmi hesablamalara görə, 11 ayda qeyri-neft ÜDM-i 34 mlrd. 676,8 mln. manat təşkil edib ki, bu da sabit qiymətlərdə 4% çoxdur.
ÜDM istehsalı strukturunda sənayenin xüsusi çəkisi 33,7% (2014-cü ilin 11 ayı– 42,6%), tikinti 13,7% (12,6%), ticarət və avtonəqliyyat vasitələrinin təmiri 9,9% (10%), kənd təsərrüfatı 5,9% (5,1%) təşkil edib.
-
- İqtisadiyyat
- 16 Dekabr 2015 12:37
-
- İqtisadiyyat
- 16 Dekabr 2015 13:46
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz