AXA Mbask Yaşıl Kart beynəlxalq sisteminə çıxış əldə edib
«AXA Mbask» sığorta şirkəti Azərbaycanda Yaşıl Kart beynəlxalq sisteminə çıxış əldə edən ilk şirkət olub.
İcbari Sığorta Bürosunun məlumatına görə, şirkət dünən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə fəaliyyət göstərmək üçün Yaşıl Kart sığortaçılarının reyestrinə daxil olub.
“İcbari Sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 50-2 maddəsinə uyğun olaraq sığorta şirkətləri avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə fəaliyyət göstərmək üçün Yaşıl Kart sığortaçılarının reyestrinə daxil olmalıdırlar
«AXA Mbask»ın nizamnamə kapitalı 19 mln 733 min manatdır və 1992-ci ildən fəaliyyət göstərir. Səhmdarı «AXA Seguros Generales, S.A., De Seguros Y Reaseguros»dur (İspaniya). Azərbaycan yanvarın 1-dən on il müddətinə Green Cardın cənub-şərq qrupunun üzvü olacaq. Ölkənin sistemdəki təmsilçisi ISB-dir. ---17D—
-
- Cəmiyyət
- 16 Dekabr 2015 12:31
-
- İqtisadiyyat
- 16 Dekabr 2015 12:57
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz