ADIF «Zaminbank» və «BankStandard»ın kreditorlarının tələblərinin qeydə alınması prosesini başa çatdırıb
Əmanətlərin Sığortalanması Fondu (ADİF) ləğv prosesində olan "Zaminbank" ASC və “Bank Standard” ASC-nin kreditorlarının tələblərinin qeydə alınması prosesini başa çatdırıb.
Turan-ın məlumatına görə, Fond qeyd edib ki, bağlanan bankların kreditorlarından tələblər lisenziyanın ləğvi barədə KİV-də məlumat gedəndən sonra 60 gün müddətində qəbul edilir.
«Bank Standart»ın müflis olması barədə elan mətbuatda oktyabrın 12-də dərc edilib və 12 dekabrda tələb vermə müddəti bitib.
«Zaminbank» üzrə kreditorlardan tələb qəbulu 5 dekabrda başa çatıb.
Dekabrın 14-ü üçün Əmanətlərin Sığortalanması Fondu «Zaminbank» əmanətçilərinə 52 mln 382 min manat (əmanətlərin 72%-i), «Bank Standart» əmanətçilərinə 430 mln 372 min manat (97%) qaytarıb. 71D
-
- Cəmiyyət
- 14 Dekabr 2016 10:38
-
- İqtisadiyyat
- 14 Dekabr 2016 11:19
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz