Bağlanan 10 bankın əmanətçilərinə 717 mln 823 min manat kompensasiya verilib
Əmanətlərin Sığortalanması Fondu bağlanan 10 bankın əmanətçilərinə 717 mln 823 min manat kompensasiya verib.
Turan-ın məlumatına görə, «Parabank» ASC-nin əmanətçilərinə 42 milyon 907 min manat (98%, “Zaminbank” ASC-nin əmanətçilərinə 52 milyon 382 min manat (72%), “Kredobank” ASC-nin əmanətçilərinə 27 milyon 764 min manat (98%), “Dekabank” ASC-nin qorunan əmanətçilərinə 3 milyon 021 min manat (96%) kompensasiya ödənilib.
«Atrabank» ASC-nin əmanətçiləri əmanətçiləri 14 milyon 261 min manat (97%), “Qafqaz İnkişaf Bankı” ASC-nin əmanətçiləri 1 milyon 943 min manat (92%),, “Bank of Azerbaijan” ASC-nin əmanətçiləri 24 milyon 148 min (97%), “Gəncəbank” ASC-nin əmanətçiləri 975 min manat . (94%),, “Texnikabank” ASC-nin əmanətçiləri 120 milyon 050 min manat (98%), “Bank Standard” KB-nin əmanətçiləri 430 milyon 372 min manat (97%) kompensasiya alıb. 71D
-
- Cəmiyyət
- 14 Dekabr 2016 11:20
İqtisadiyyat
-
Qırğızıstanın Bişkek şəhərində keçirilən Türkdilli Dövlətlərin Təşkilatının (TDT) 11-ci Zirvə Toplantısında üzv dövlətlər rəqəmsal sahələrdə əməkdaşlığı təşviq etmək məqsədilə Rəqəmsal İqtisadiyyat Tərəfdaşlığı Sazişini (DEPA) imzaladılar. İqtisadiyyat Nazirliyi bildirib ki, nazirliyin nəzdindəki Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4sim) tərəfindən təşəbbüs göstərilən bu saziş TDT üzv dövlətləri arasında e-ticarət, tənzimləmə harmoniyası, gömrük və maliyyə texnologiyaları (Fintech) sahələrində əməkdaşlığın dərinləşdirilməsini hədəfləyir.
-
Qırğızıstan, Azərbaycan, Qazaxıstan, Türkiyə və Özbəkistanın mərkəzi banklarının yüksək səviyyəli rəsmiləri, Bişkekdə keçirilən 11-ci Türk Dövlətləri Təşkilatı (TDT) sammitində Mərkəzi Banklar Şurasının yaradılması haqqında memorandum imzaladılar. Bu şura, TDT Baş katibi Kubanıçbek Omuraliyevin bəyanatına görə, pul siyasəti, maliyyə sabitliyi və texnologiya inkişafı sahəsində əməkdaşlığı gücləndirməyi hədəfləyir.
-
Azərbaycanın İqtisadiyyat Nazirliyi, ölkənin iqtisadiyyatını şaxələndirmək və modernləşdirmək üçün yenilənmiş səylərin əsasını təşkil edən “2022-2026-cı illər üzrə Sosial-İqtisadi İnkişaf Strategiyası” çərçivəsində 2026-cı ilə qədər illik 3-4% davamlı iqtisadi artım proqnozlaşdırır. Bu planın mərkəzində qeyri-neft və qaz sektorlarında nəzərəçarpacaq dərəcədə genişlənmə dayanır ki, bu da hər il orta hesabla 5% artım göstərəcək.
-
Bakı, Azərbaycan – Azərbaycanın davamlı inkişafa olan sadiqliyini vurğulayan yüksək səviyyəli konfransda Rəqəmsal Platforma və Ətraf Mühit, Sosial və Korporativ İdarəetmə (ESG) üzrə milli standartlar təqdim edildi. Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təşkil olunan və Azərbaycan Beynəlxalq Bankı (ABB) və Azercell Telecom-un dəstəyi ilə keçirilən tədbir dövlət, biznes və beynəlxalq təşkilatlardan mühüm şəxsləri bir araya gətirdi.
Rəy yaz