"AGBank" birinci yarımilin hesabatını verdi
İlin əvvəlindən "AGBank" ASC-nin aktivləri 6,9% artaraq 499 mln 678 min manata çatıb.
I yarımilin yekunu üzrə maliyyə hesabatına əsasən, kredit portfeli 1 iyul 2014-cü il üçün 374 mln 674 min manat (+12,5%) olub. Bakın öhdəlikləri 428 mln 28 min manat, depozitləri 277 mln 654 min manatdır (+1,7%). Bunun 234 mln 882 min manatı əhalinin əmanətləridir.
Xüsusi kapital 51 mln 219,3 min manat təşkil edib. Bunun yarısı – 25 mln nizamnamə kapitalıdır. Xalis mənfəət 3 mln 256 min manat təşkil edib.
«AGBank» 1992-ci ildə yaradılıb. Səhmdarları Beynəlxalq Maliyyə Korporasiyası (17,5%), KazimirPartners şirkəti (10%), fiziki şəxslərdir (70,59%).--17D—
-
- İqtisadiyyat
- 15 İyul 2014 15:30
-
- İqtisadiyyat
- 15 İyul 2014 15:40
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz