Daha bir fəaliyyət növü lisenziyalı oldu
Prezident İlham Əliyev lisenziyalı sahibkarlıq fəaliyyəti növlərinin sayını 59-a çatdırıb. Onun 11 iyul tarixli fəmanı ilə növlərinin sayını 59-a çatdırıb. Onun 11 iyul tarixli fəmanı ilə qeyri-dövlət fitosanitar xidmətləri, o cümlədən bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin istehsalı lisenziyalı olub.
Sənədə əsasən, lisenziyanı Kənd Təsərrüfatı Nazirliyi verəcək. Lisenziyanın qiyməti 2000-dən 200 manata qədərdir. Bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin istehsalına, idxalına və ya satışına lisenziya almış şəxslərin həmin vasitə və maddələrin saxlanılması üçün ayrıca lisenziya alması tələb olunmur.
Qeyd edək ki, 2002-ci ilin sentyabrında hökumət iqtisadi və sahibkarlıq fəaliyyətinin lisenziyalı növlərinin sayını 240-dan 30-a azaldıb. Həmçinin prezident yanında Sahibkarlar Şurası fəaliyyət göstərirdi. Tədricən lisenziyalı fəaliyyət növlərinin sayı artırıldı. Beynəlxalq maliyyə Korporasiyasının əvvəllər keçirdiyi sorğuya əsasən, sahibkarlar bildirr ki, fəaliyyət növlərini lisenziyalaşdırmaqla hökumət rəqabəti məhdudlaşdırır. Bir çox sahibkarlar bildirir ki, dövlət rüsumu ilə yanaşı onlardan rüsumdan dəfələrlə artıq məbləğdə rüşvət tələb edilir. 08D
-
- İqtisadiyyat
- 15 İyul 2014 15:32
-
- İqtisadiyyat
- 15 İyul 2014 16:26
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz